Thursday, May 16, 2013

Oracle və Java Seminarı (19/05/2013 15:00)


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Master İnformasiya Texnologiyaları Mərkəzi (Master İTM) ilə birlikdə “Oracle və Java” seminarı təşkil edir.

Gənclərin İnformasiya Texnologiyaları sahəsində biliklərinin artırılmasına yönəlmiş seminar motivasiya və tədris xarakterli olaraq keçiriləcək.




Təlimçilər:


Nazim Məmmədov (Oracle təlimçisi)

Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat və İqtisadi Kibernetika” fakultəsinin bakalavr səviyyəsini və magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmiş,
Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Optimal İdərə Etmə” kafedrasının aspirantura səviyyəsini bitirmişdir.

“Oracle Database 10g Administrator Certified Associate” və “Oracle Database 10g Administrator Certified Professional” ilə təltif olunmuşdur.

İş təcrübəsi:

Sinam şirkətində developer olaraq işləmiş.
R.İ.S.K. Elmi İstehsalat şirkətində ORACLE database admin və Geodatabase admin olaraq işləyir.
Master İTM kursunda Oracle dərsləri tədris edir.



-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


Abdulkadir Selcukoğlu (Java təlimçisi)

Bakı Dovlət Universitetində “Tətbiqi Riyaziyyat və Kibernetika” fakültəsində oxuyub.
R.I.S.K. sirkətində JAVA developer vəzifəsində isə işləyir.
Master İTM kursunda Java dərsləri tədris edir.
İxtisas sahələri :
Java SE , Java EE (Servlet, JSP, JSF, Spring, EJB, WebService), Avaya Call Center Developer

İştirakçılara ATGTİ və Master İTM tərəfindən təsdiqlənmiş sertifikatlar təqdim olunacaq.

Seminar ödənişsizdir. Maraqlanan hər kəs müraciət edə bilər.
Qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyat üçün ad, soyad, əlaqə nömrəsi və İnformasiya Texnologiyaları sahəsində bilikləriniz haqqında kiçik məlumatı yazıb cingiz_seferov@yahoo.com ünvanına göndərə bilərsiniz.
İştirak hüququnu qazanan gənclərə məlumat veriləcək.



----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


Son qeydiyyat tarixi: 17 may

Əlaqə üçün:
Çingiz Səfərov – (070) 9585727, (051) 8604136

Ünvan: 28 may küç., 9/13 (ATGTİ-nin ofisi)


No comments:

Post a Comment